Sumqayıtda iki nəfər bıçaqlanıb

Sumqayıtda kütləvi dava zamanı iki nəfər xəsarət alıb

Kütləvi dava zamanı iki nəfər - 1996-cı il təvəllüdlü Nəsirov Elməddin Valerin oğlu və 1993-cü il təvəllüdlü Əliyev Məhəmməd Nizami oğlu bıçaqlanıblar.

Yaralılar xəstəxanaya çatdırılaraq əməliyyat olunublar.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır. (report.az)

MilliYol.az