Sumqayıtda maşın azyaşlını vuraraq öldürüb


Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 14-də saat Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Orxan Məmmədov idarə etdiyi VAZ-21074 markalı avtomobillə yolu keçən həmyerlisi, azyaşlı Samir Mövsümovu vurub.
 
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
 
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

MilliYol.Az
Sumqayıtda maşın azyaşlını vuraraq öldürüb - Milliyol.az