Sumqayıtda nənə və nəvəni maşın vurdu

Sumqayıt şəhərinin 43-cü məhəlləsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, sentyabrın 19-da saat 11 radələrində Sumqayıt şəhərinin 43-cü məhəlləsi ərazisində şəhər sakini Fariz Xəlilov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

MilliYol.Az

Sumqayıtda nənə və nəvəni maşın vurdu - Milliyol.az