Sumqayıtda selfi çəkmək istəyən turist yıxılaraq ağır xəsarət alıb

Şəhərdəki dənizkənarı bulvarda Gürcüstan vətəndaşı 1993-cü il təvəllüdlü Nika Buruşvili selfi çəkmək istəyən zaman hündürlükdən yıxılıb.

O, onurğa sütununun sınığı diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. (Report)

MilliYol.Az