Tacikistan Qırğızıstanla sərhədi bağlayıb


Tacikistan Qırğızıstan vətəndaşları və tacik sərhəd xidməti əməkdaşlarının iştirakı ilə baş vermiş insidentdən sonra Qırğızıstanla sərhədi birtərəfli qaydada bağlayıb

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Kulundu-avtodorojnıy” nəzarət buraxılı məntəqəsi beynəlxalq buraxılış məntəqəsi  olduğundan tətbiq olunan məhdudiyyət üçüncü dövlətlərin vətəndaşlarına şamil olunmur və onlar dövlət sərhədini həmin məntəqədən keçə bilir.

“Bundan başqa, Tacikistan sərhədçilər Batken vilayətinin Say Leylək rayonunda sərhəddə yerləşən körpünü bağlayıb, ərazidə hərbçilərin sayı artılıb”, - deyə Tacikistan Dövlət Sərhəd Xidmətinin nümayəndəsi bildirib

Hazırda hər iki ölkənin sərhəd xidmətinin nümayəndələri məsələ ilə bağlı görüş keçirir.
Tacikistan Qırğızıstanla sərhədi bağlayıb - Milliyol.az