“Taliban”ın növbəti hücumu –15 nəfəri öldürdü  

Əfqanıstanda “Taliban” radikal hərəkatının silahlıları bir neçə əyalətdə təhlükəsizlik qüvvələrinə hücum edib

Hücumlar nəticəsində azı 15 polis əməkdaşı həlak olub. Ölkənin şimal-qərbindəki Badqis əyalətində “Taliban” polis postuna hücum edib. Baş verən atışma zamanı 5 polis həlak olub. Bir neçə “Taliban” silahlısının da zərərsizləşdirildiyi deyilir.

Bundan başqa, Fərəh əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum olub. Burada 10 polis əməkdaşı həlak olub, daha iki nəfər itkin düşüb. Hücum edənlər silah-sursat ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.

MilliYol.Az

“Taliban”ın növbəti hücumu –15 nəfəri öldürdü - Milliyol.az