Tanınmış alimin nəvəsi vəzifəyə təyin edildi



Prezident İlham Əliyevin fərmanına əsasən, Prezident Administrasiyasında yeni şöbə - idman və gənclər siyasəti şöbəsi yaradılıb.

MilliYol.Az Virtualaz.org-a istinadən xəbər verir ki, idman və gənclər siyasəti şöbəsinin müdiri vəzifəsinə Yusif Məmmədəliyev təyin edilib.

Əvvəllər Y.Məmmədəliyev qeyri-hökumət təşkilatına rəhbərlik edib.

Y.Məmmədəliyev – görkəmli Azərbaycan alimi, Azərbaycan Elmlər Akademiyasının əfsanəvi prezidenti Yusif Məmmədəliyevin nəvəsidir.

MilliYol.Az 
Tanınmış alimin nəvəsi vəzifəyə təyin edildi - Milliyol.az