Tarkanın Bakı konsertindən alacağı məbləğ açıqlandı


Türkiyənin megastarı Tarkanın Bakıda Formula 1 Qrand-Prix yarışları çərçivəsində verəcəyi konsertdən əldə edəcəyi qonorar açıqlanıb

MilliYol.Az Musavat.com-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı müğənninin konsert üçün 500 min dollar qazanacağını bildirib.

Qeyd edək ki, konsert xəbərini "İnstagram" hesabından bölüşən Tarkan “həyəcanlı” olduğunu ifadə etmişdi.

MilliYol.Az