Tbilisi aeroportunda kütləvi zəhərlənmə olub


Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında kütləvi zəhərlənmə baş verib

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aeroportun bir neçə əməkdaşı qazdan zəhərlənib. Hava limanından zəhərlənməyə hansı qazın səbəb olması barədə ətraflı məlumat verilməyib.

İnsidentin 2 gün öncə baş verdiyi bildirilir.

Aeroport əməkdaşlarının zəhərlənməsi hava limanının fəaliyyətinə təsir etməyib. Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlama verəcəyi gözlənilir. 
Tbilisi aeroportunda kütləvi zəhərlənmə olub - Milliyol.az