Tbilisi metrosunda qəza olub, xəsarət alanlar var




Tbilisidə metronun “Varketili” stansiyasında tavanın bir hissəsi çöküb

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, nəticədə 3 sərnişin xəsarət alıb.

Qəza səbəbindən sərnişinlər stansiyanı tərk edə bilmir.

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Hazırda sərnişinlər stansiyadan təxliyə olunur.

Qeyd edək ki, “Varketili” metro stansiyasının təmiri və yenidən qurulması ötən ilin sentyabrında başa çatıb.

MilliYol.Az
Tbilisi metrosunda qəza olub, xəsarət alanlar var - Milliyol.az