“Tbilisi metrosunda yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”


"Tbilisi metrosunun "Varketili” stansiyasında tavanın uçması nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur”

Bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin 3-cü katibi Samirə Ağayeva deyib.

 "Xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat almamışıq. Səfirlikdə qəbul açıqdır. Azərbaycan vətəndaşlarının xəsarət almaları ilə bağlı səfirliyə hələ heç bir müraciət daxil olmayıb”, – deyə S.Ağayeva əlavə edib. 

Qeyd edək ki, Tbilisi metrosunun "Varketili” stansiyasında bu gün səhər saatlarında tavanın uçması nəticəsində 14 nəfər xəsarət alıb. (apa)
“Tbilisi metrosunda yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur” - Milliyol.az