Tehran həbsxanalarında casusluqda ittiham olunan 70-dən çox məhkum var


“Tehran həbsxanalarında casusluğa görə mühakimə olunan 70-dən çox məhkum saxlanılır”

“Report” xəbər verir ki, bu məlumatı ölkənin Baş Prokurorluğu açıqlayıb.

İranın keçmiş kəşfiyyat və informasiya naziri, məhkəmə hakimiyyətinin indiki sözçüsü Qulamhüseyn Möhsüni-Ejei son iki ildə casusuluq ittihamı ilə mühakimə olunanların sayının artması barədə jurnalistlərin sualına cavabında onları sakitləşdirərək deyib: “Casusluq ittihamı ilə həbs olunanların sayı artmayıb. Onların bəziləri ötən illərdən cəzasını çəkir. Bir neçəsi artıq sərbəst buraxılıb”.

MilliYol.Az
Tehran həbsxanalarında casusluqda ittiham olunan 70-dən çox məhkum var - Milliyol.az