Tehranda insanların üzərinə kimyəvi turşu atılıb, 16 nəfər xəsarət alıb


İranın paytaxtı Tehranda insanların üzərinə kimyəvi turşu atılıb

APA-nın İranın Tasnim Agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 16 nəfər xəsarət alıb. Hadisəni törədən şəxsin tutulduğu, hücumun terror aktı olmadığı bildirilir.
 
Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
 
Qeyd edək ki, iyunun 7-də İran Milli Məclisində və İmam Xomeyni türbəsində törədilən terror hücumları nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.
 
MilliYol.Az
Tehranda insanların üzərinə kimyəvi turşu atılıb, 16 nəfər xəsarət alıb - Milliyol.az