Təhsil naziri vəzifəsini müvəqqəti icra edən şəxsin adı açıqlanıb


Azərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb

Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. 

"Bundan əvvəl də nazir vəzifə başında olmadığı hallarda onu Ceyhun Bayramov əvəz edirdi", - deyə, nazirlikdən əlavə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib.
Təhsil naziri vəzifəsini müvəqqəti icra edən şəxsin adı açıqlanıb - Milliyol.az