Telekanalların siyahısına yeni adlar daxil edildi


Azərbaycanda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanallarının siyahısına yeni TV-lər əlavə edilib

APA xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə Belarusun "Belarus 24", Azərbaycanın "Muz TV" və "Dalğa" telekanalları kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanallarının siyahısına əlavə olunub.

Qeyd edək ki, bir müddət əvvəl MTRŞ-da "Muz TV Azərbaycan" MMC və "Dalğa" TV-yə peyk yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul olunub.

MilliYol.Az
Telekanalların siyahısına yeni adlar daxil edildi - Milliyol.az