Telman İsmayılovun daha bir şirkəti müflis elan edildi


Moskvanın Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılova məxsus AST qrupuna daxil olan "Praqa-AST" şirkətini müflis elan edib

Müflislik barədə hesabatın vaxtı gələn il martın 20-ə təyin edilib.

Xatırladaq ki, "Praqa-AST"nin müşahidə altına alınması prosedurunu Arbitraj Məhkəməsi bu ilin aprelində "BM-Bank"ın müraciəti əsasında işə salmışdı.

Qeyd olunur ki, T.İsmayılovun kreditorlar qarşısında 20 milyard rubla yaxın borc öhdəliyi var. (trend)

MilliYol.Az
Telman İsmayılovun daha bir şirkəti müflis elan edildi - Milliyol.az