Tənkəmər dağında yanğınsöndürmə işləri davam etdirilir


Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur. 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri yanğınsöndürmə işlərində iştirak edir.

Əlavə məlumat veriləcək.

 
MilliYol.Az
Tənkəmər dağında yanğınsöndürmə işləri davam etdirilir - Milliyol.az