Tibb mərkəzinin sahibi azərbaycanlı sevgilisini güllələdi (FOTOLAR)

Türkiyənin İstanbul şəhərində azərbaycanlı qadın güllələnib.

MilliYol.Az azxeber.com-a istinadən xəbər verir ki, güllələnən qadının adı Aida-dır.

Hadisə İstanbulun Avcılar ərazisində yerləşən özəl tibb mərkəzində baş verib. Xəstəxananın sahibi olan Celal T. adlı həkim yanında çalışan Aidanı güllələyib. 3 yaşlı uşaq anası olan ağır yaralayıb.

Celal T. polislər tərəfindən saxlanılıb.

Həmyerlimiz xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti ağırdı.

Faktla bağlı araşdırma aparılır.

Tibb mərkəzinin sahibi azərbaycanlı sevgilisini güllələdi (FOTOLAR) - Milliyol.az