Tikilməkdə olan yaşayış binalarında monitorinq edilmiş işçilərin sayı açıqlanıb



Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə "ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinq Mərkəzi tərəfindən indiyə kimi monitorinq olunmuş işçilərin sayı açıqlanıb

APA-nın xəbərinə görə, Xidmətin Monitorinq Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov bildirib ki, monitorinq olunmuş işçilərin sayı 1641 nəfərdir.

Qeyri-rəsmi məşğulluq səviyyəsinin 32 faiz olduğunu diqqətə çatdıran F. Cəfərov qeyd edib ki, monitorinqlərdən sonra 20 561 əmək müqaviləsi bağlanıb.

MilliYol.Az
Tikilməkdə olan yaşayış binalarında monitorinq edilmiş işçilərin sayı açıqlanıb - Milliyol.az