Tramp: “AB ABŞ-a qarşı çox ədalətsizdir”


“Ticarət dövriyyəsi məsələsində mənim Avropa Birliyi ilə çoxlu problemlərim var”

Axar.az xəbər verir ki, bunu britaniyalı jurnalist Pirs Morqana müsahibəsində ABŞ Prezidenti Donald Tramp söyləyib.

“AB ticarət sahəsində ABŞ-a çox ədalətsiz yanaşır. Amerika məhsulları çox çətin şəkildə AB bazarlarına giriş əldə edə bilirlər. 

Digər tərəfdən isə AB öz mallarını bizə çox kiçik vergilərlə göndərir. Bu, çox ədalətsizdir” – deyə o bildirib.