«Tramp, Kominin sədaqətinə çoxdan inanmırdı» - «Vaşinqton post»


AzMedia.info «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) eks-direktoru Ceyms Kominin sədaqətinə çoxdan inanmırmış

Qəzetin məlumatına görə, Prezident FTB direktorunun vəzifəsindən azad edilməsi barədə qərarı mayın 3-də Konqresin hüquq komitəsindəki dinləmələrin gedişində onun çıxışından sonra qəbul edib.

O zaman söhbət həm də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinin araşdırılması məsələsindən gedib. Trampın fikrincə, son həftələr ərzində, federal hökumətdə informasiya sızmalarının qarşısının alınması istiqamətində Kominin fəaliyyətsizliyi onu qəzəbləndirib.

MilliYol.Az
«Tramp, Kominin sədaqətinə çoxdan inanmırdı» - «Vaşinqton post» - Milliyol.az