Tramp Qüds qərarını dəstəkləməyən ölkələri hədələdi


ABŞ prezidenti Donald Tramp Qüds məsələsində Amerikanın qərarını dəstəkləməyən ölkələri hədələyib

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarılacaq Qüdslə bağlı qətnamədə ABŞ-ın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının kəsiləcəyini bəyan edib.

Qeyd edək ki, dekabrın 21-də BMT-nin Baş Assambleyasında Qüdsün statusu ilə bağlı iclas keçiriləcək.
Tramp Qüds qərarını dəstəkləməyən ölkələri hədələdi - Milliyol.az