Tramp Qüdsə dəstək vermiş dövlətlərə yardımı kəsir


“ABŞ-ın suveren hüququ əleyhinə çıxdılar”

ABŞ prezidenti Donlad Tramp Konqresdə illik fəaliyyətlə bağlı çıxışı zamanı BMT-də Qüdslə bağlı səsvermədə iştirak edən dövlətləri  Amerikanın suveren hüquqlarına hörmətsizlikdə ittiham edib.

 Strateq.az bildirir ki, Tramp çıxışında BMT-dəki səsvermənin nəticələrini dolayısı ilə tənqid edib: “Ötən ay mən Yerusəlimi (Qüdsü -red) İsrailin paytaxtı kimi tanımışam. Bu, Senat tərəfindən yekdilliklə dəstəklənib. Bundan sonra onlarla dövlət BMT-nin Baş Assambleyasında Amerikanın suveren hüququ əleyhinə çıxaraq səs verdilər. Halbuki, Amerika vergi ödəyiciləri həmin ölkələrə səxavətlə milyardlarla dollar kömək göndərirlər”.

Prezident Tramp Konqresi bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb: “Mən konqresmenlərdən xahiş edirəm ki, bununla bağlı müvafiq qanun qəbul etsinlər. Qoy xarici kömək kimi ayrılan həmin dollarlar  həmişə ABŞ-ın maraqlarına  xidmət etsin və yalnız Amerikanın dostlarına göndərilsin”.

Trampın sözlərinə görə, ABŞ bütün dünyada dostluq münasibətlərini möhkəmləndirərkən bu həmçinin onların rəqiblərlə olan münasibətlərinə də aydınlıq gətirir.
Tramp Qüdsə dəstək vermiş dövlətlərə yardımı kəsir - Milliyol.az