Trampın oğlu həyat yoldaşından boşanıb


ABŞ prezidenti Donald Trampın böyük oğlu Donaldın həyat yoldaşı Vanessa boşanma ərizəsi ilə Nyu York məhkəməsinə müraciət edib

Məlumata görə, nikahın pozulmasına dair qərar cütlük tərəfindən qarşılıqlı qəbul olunub.

Donald və Vanessa 2005-ci ildə ailə həyatı qurublar. Cütlük 5 övlad dünyaya gətirib.

MilliYol.Az
Trampın oğlu həyat yoldaşından boşanıb - Milliyol.az