Türk lirəsi bahalaşmaqda davam edir

Türkiyədə milli valyutanın bahalaşması tendensiyası davam edir

Hazırda qonşu ölkədə ABŞ dollarının məzənnəsi 5,53-5,54 lirə civarında dəyişir.

Bu isə ötən günün yekunu ilə müqayisədə 5-6 lirə azdır.

Türkiyədə avro da ucuzlaşmaqdadır. Hazırda Avropa valyutasının məzənnəsi 6,39-6,4 lirə civarında dəyişir. Bu isə ötən günün yekununa nisbətən 4-5 lirə azdır.

Türkiyədə xarici valyutalar bu qiymətə sonuncu dəfə bu il avqustun əvvəllərində dəyişdirilib.

Xatırladaq ki, türk lirəsinin bahalaşması ABŞ-dan olan rahib Andru Brunsonun məhkəmə zalından azadlığa buraxılmasından sonra başlayıb.(Report)

MilliYol.Az

Türk lirəsi bahalaşmaqda davam edir - Milliyol.az