Türk ordusu Afrində daha bir kəndi PKK/YPG terrorçularından təmizlədi


Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” hərəkatı çərçivəsində Afrindəki Bak Ubasi kəndini PKK/YPG terror təşkilatından təmizləyib

Avropa.info xəbər verir ki, bununla da terror təşkilatının Afrinin şimalına uzanan strateji loqistika yolları kəsilmiş olub.

Beləliklə, “Zeytun budağı” hərəkatının 12-ci günündə Afrinin beş mahalında 19-u kənd, biri kənd altı yaşayış və 5-i strateji dağ və ya təpə olmaqla 25 nöqtə terrorçulardan azad edilib.

 MilliYol.Az
Türk ordusu Afrində daha bir kəndi PKK/YPG terrorçularından təmizlədi - Milliyol.az