Türkiyə prezidenti Nikolas Maduronu təbrik edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nikolas Maduronu Venesuelanın prezidenti seçilməsi münasibətilə təbrik edib

Virtualaz.org “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyasından məlumat verilib.

Mənbəyə görə, Ərdoğan Maduro ilə telefonla danışıb. Liderlər söhbət zamanı bütün sahələrdə əməkdaşlığın genişləndirilməısi niyyətində olduqlarını bildiriblər.

Öz növbəsində, Maduro Türkiyə prezidentinə təbrikinə görə minnətdarlığını bildirib və türk xalqını müsəlmanların müqəddəs ayı olan Ramazanın başlanması münasibətilə təbrik edib.

MilliYol.Az
Türkiyə prezidenti Nikolas Maduronu təbrik edib - Milliyol.az