Türkiyə Prezidentinin inauqurasiya mərasiminin vaxtı açıqlandı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi iyulun 9-da keçiriləcək
 
Trend-in məlumatına görə, 1 gün öncə isə Türkiyə Parlamenti deputatlarının andiçmə mərasimi keçiriləcək.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib.

Seçicilərin 87 faizi səsvermədə iştirak edib.

R.T.Ərdoğan prezident seçkilərində seçicilərin səslərinin 52,82 faizini toplayaraq yenidən Türkiyə Prezidenti seçilib.

Türkiyə Prezidentinin inauqurasiya mərasiminin vaxtı açıqlandı - Milliyol.az