Türkiyə Rusiyadan 4 divizion “S-400” kompleksi əldə edib- 2,5 milyard dollar dəyərində



Türkiyə Rusiyadan 2,5 mlrd. dollar dəyərində 4 divizion “S-400” zenit-raket kompleksi əldə edib

MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Rostex”in baş direktoru Sergey Çemezov “Kommersant”a verdiyi müsahibədə bildirib.  

Onun sözlərinə görə, Rusiya və Türkiyə “S-400”-lərin alınması üçün  Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: “Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından  tədarük etməyə başlayacağıq”, – deyə o bildirib.  

Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb.  

MilliYol.Az
Türkiyə Rusiyadan 4 divizion “S-400” kompleksi əldə edib- 2,5 milyard dollar dəyərində - Milliyol.az