Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq


Futbol üzrə Türkiyə Super Liqasının oyunları Azərbaycanda ilk dəfə CBC Sport telekanalı vasitəsilə yayımlanacaq

"Report"un məlumatına görə, bu barədə telekanalın baş direktoru Volkan Üst bildirib.

O deyib ki, Digitürk xarici ölkələr arasında ilk dəfə Azərbaycan telekanalına yayım hüququnu verib. V.Üst 3 ay öncə başlanan danışıqların AFFA-nın da dəstəyilə müsbət yekunlaşdığını vurğulayıb. Oyunlar CBC Sportun şərhçiləri tərəfindən şərh olunacaq.

Qeyd edək ki, CBC Sport yayıma bu həftədən başlayacaq. Hər tur 2 oyun canlı yayımlanacaq.

MilliYol.Az
Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq - Milliyol.az