Türkiyə Suriyaya əlavə hərbi kontingent göndərdi

Türkiyə Suriyanın İdlib bölgəsinə əlavə hərbi kontingent göndərib

Bu barədə EFE agentliyi Suriya müxalifətindəki mənbələrə istinadən məlumat yayıb.

Məqsəd İdlibdəki müşahidə məntəqələrini gücləndirməkdir.

Bildirilir ki, türk hərbçiləri avtomobillərdə İdlibin şimalındakı sərhəd-keçid məntəqələrinin birindən keçiblər.

O da vurğulanıb ki, hərbçilərdə yalnız atıcı silahlar olub.(virtualaz.org)

MilliYol.Az

Türkiyə Suriyaya əlavə hərbi kontingent göndərdi - Milliyol.az