Türkiyədə hava limanında güclü yanğın


Türkiyənin Van vilayətində hava limanında güclü yanğın olub

Trend-in məlumatına görə, hadisə nəticəsində dəm qazından boğulan bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs Türkiyə vətəndaşıdır. Yanğının qarşısının alındığı məlumat verilir.

Qeyd olunur ki, yanğın nəticəsində hava limanının girişinə ciddi ziyan dəyib.

MilliYol.Az
Türkiyədə hava limanında güclü yanğın - Milliyol.az