Türkiyədə hərbi hissəyə hücum oldu, hərbçilər yaralandı


Türkiyənin Şanlıurfa vilayətində hərbi hissəyə hücum olub

Trend-in məlumatına görə, hücum nəticəsində iki hərbçinin yaralandığı bildirilir.

Məlumata görə, hücum PKK terror təşkilatı tərəfindən həyata keçirilib.

Hücumdan dərhal sonra terrorçuların məhv edilməsi məqsədilə ərazidə operativ əməliyyata başlanılıb.

Türkiyədə hərbi hissəyə hücum oldu, hərbçilər yaralandı - Milliyol.az