Türkiyədə İŞİD üzvü olan 75 terrorçu tutuldu


Türkiyənin paytxatı Ankarada keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən 29 nəfər tutulub

“Report” xəbər verir ki, əməliyyat dekabrın 29-da səhər saatlarında keçirilib. Ankara Prokurorluğu İŞİD-lə əlaqədar 49 nəfərin tutulması barədə sanksiya verib. Onlardan 29-u saxlanılıb.

İstanbul şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində isə İŞİD üzvü olmaqda şübhıli bilinən 46 nəfər tutulub. Onların 43-ü xarici ölkə vətəndaşıdır.


MilliYol.Az
Türkiyədə İŞİD üzvü olan 75 terrorçu tutuldu - Milliyol.az