Türkiyədə partlayış: 4 ölü, 19 yaralı

Şırnak vilayətinin Silopi bölgəsində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb. Partlayış polisə məxsus zirehli maşın keçdiyi zaman törədilib.
 
İlkin məlumata görə, hadisə nəticəsində 4 dinc sakin ölüb, 5-i polis əməkdaşı olmaqla 19 nəfər yaralanıb.  Yaralılar Silopi Dövlət Xəstəxanasına göndərilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Terrorçuların axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.

MilliYol.Az
Türkiyədə partlayış: 4 ölü, 19 yaralı - Milliyol.az