Türkiyənin müdafiə naziri Azərbaycanda keçirilən təlimin bağlanışına qatılacaq


Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 27-də Azərbaycana səfər edəcək

MN-dən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.
 
Səfər sentyabrın 29-dək davam edəcək.

MilliYol.Az

Türkiyənin müdafiə naziri Azərbaycanda keçirilən təlimin bağlanışına qatılacaq - Milliyol.az