Türklər 40-dan çox suriyalı qaçqını xilas etdilər


Bu gün Suriyadan olan 42 qaçqın Türkiyə xilasediciləri tərəfindən Ege dənizində boğulmaqdan son anda qurtulub

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, xilas edilənlər arasında 10 uşaq və 12 qadın olub.

Qaçqınlar bir qayda olaraq Ege dənizindən Yunanıstana, Qara dəniz sahillərindən Bolqarıstana və Rumıniyaya getməyə çalışırlar.