Ukrayna Donbasda 50 milyard dollar itirib!


MilliYol.Az AzPolitika.info-ya istinadla xəbər verir ki, bu ölkə hərbi əməliyyatlar səbəbilə, Donbasda təqribən, 50 milyard dollar itirib

«Bu, ölkənin birbaşa itkiləridir» – deyə, Ukrayna müdafiə nazirinin müavini İvan Rusnak xəbər verib.

Məlumat üçün bildirək ki, Donbasda silahlı münaqişə 2014-cü ildə başlanıb. Minlərlə hərbçi və dinc sakin bu münaqişənin qurbanı olub.
Ukrayna və dünyanın bir çox ölkələri hesab edirlər ki, separatçıların tərəfindən Rusiyanın zabit və əsgərləri döyüşürlər.



MilliYol.Az