Ukraynanı Avropa ilə birləşdirən tunel açıldı


Ukraynanın Lvov vilayətində bu ölkəni Avropa İttifaqı ilə birləşdirən tunel açılıb

Trend-in məlumatına görə, uzunluğu 1822 metr olan Beskid tuneli yerin 180 metr dərinliyindən keçir.

Qeyd olunur ki, əsası hələ 1886-cı ildə qoyulmuş tunel 2007-ci ildə qəzalı vəziyyətdə olması ilə əlaqədar təmirə bağlanmışdı.

Təmirdən sonra açılan və sahəsi genişləndirilən tunelin buraxılış gücü sutkada 200 qatar olacaq.

MilliYol.Az
Ukraynanı Avropa ilə birləşdirən tunel açıldı - Milliyol.az