Ukraynanın ədliyyə naziri Azərbaycana ilk dəfə rəsmi səfərə gəlir


Ukraynanın ədliyyə naziri Pavlo Petrenko iyunun 23-də Azərbaycana ilk dəfə rəsmi səfərə gələcək

Azərbaycanın Ukraynadakı səfirliyindən AzərTac-a bildiriblər ki, səfər çərçivəsində ukraynalı nazir azərbaycanlı həmkarı Fikrət Məmmədov və başqa rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlər və onların inkişaf perspektivləri, ölkələrimiz arasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Səfər iyunun 25-də başa çatacaq.

Qeyd edək ki, P.Petrenko 2014-cü ildən Ukraynanın ədliyyə naziridir.

MilliYol.Az
Ukraynanın ədliyyə naziri Azərbaycana ilk dəfə rəsmi səfərə gəlir - Milliyol.az