Universitet yaxınlığında partlayış: 14 ölü, 17 yaralı


Əfqanıstanın paytaxtı Kabildə Politexnik Universiteti yaxınlığında partlayış baş verib

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terrorçu-kamikadze ilahiyyatçı alimlər universitet binasını tərk edən zaman özünü partladıb.  
Partlayış nəticəsində 14 nəfər ölüb, 17 yaralı var. 

Hələ ki heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Universitet yaxınlığında partlayış: 14 ölü, 17 yaralı - Milliyol.az