Venesuela prezidentinə sui-qəsd edilib


Venesuela prezidenti Nikolas Maduroya sui-qəsd edilib

TASS-ın məlumatına görə, Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı Maduronun olduğu tribunaya doğru pilotsuz uçan aparat yönəlib. 

Polis PUA-nı vaxtında zərərsizləşdirib. Hadisə nəticəsində prezident və onun yaxınları xəsarət almayıb. Lakin mərasimin bir neçə iştirakçısı yaralanıb. Maduro təxliyə edilib və təhlükəsiz yerə aparılıb. (azvision.az)
Venesuela prezidentinə sui-qəsd edilib - Milliyol.az