Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi

Masallı rayonuna yeni polis rəisi təyin edilib.

MilliYol.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.