“WhatsApp” messencer istifadəçilərinə pis xəbər

“WhatsApp” messencerinin yeni beta versiyasında toplu mesajların yönləndirilməsinə məhdudiyyət qoyulub.

MilliYol.az xəbər verir ki, indi istifadəçi “yönləndirildi” işarəsi ilə mesaj alarsa, onu eyni anda bir neçə qrup çatına yönləndirə bilməyəcək.

Məhdudiyyət “Google Play”də yerləşdirilən “WhatsApp Beta” 2.22.7.2 versiyasında aşkar edilib.

Yeni məhdudiyyətlərin səbəbləri açıqlanmayıb.

 

“WhatsApp” messencer istifadəçilərinə pis xəbər - Milliyol.az