"Xəzərin statusu ilə bağlı danışıqların tezliklə finişə çatacağına ümid edirik"


Moskva Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyaya hazırlıq prosesinin tezliklə finiş xəttinə çatacağına ümid edir

MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı ilə keçirdiyi danışıqların yekununda deyib.
 
O qeyd edib ki, Qazaxıstan Xəzərin hüquqi statusu ilə bağlı 5-ci sammitə ev sahibliyi etməyə hazırlaşır: “Biz ümid edirik ki, 5 ölkə başçısının razılaşdığı kimi, sammit gələn il baş tutacaq. Biz bu gün Konvensiya üzrə hazırlıq prosesini müzakirə etdik”.

MilliYol.Az
"Xəzərin statusu ilə bağlı danışıqların tezliklə finişə çatacağına ümid edirik" - Milliyol.az