"İsrail əvvəlki kimi fələstinlilərlə birbaşa danışıqlara hazırdır. Lakin belə dialoq üçün məzmunlu proqram lazımdır"
Trend-in məlumatına görə, bunu İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktorunun müavini Aleksandr Ben-Svi deyib.
O qeyd edib: "Əgər razılıq əldə olunsa, biz fələstinlilərlə istənilən yerdə danışıqlar apara bilərik. Əsas olan bunu harada etmək deyil, nə barədə danışmaqdır. Məsələ bundadır. Buna görə də hansısa proqram lazımdır".



































