Xırdalanda oğurlanmış “VAZ-2106” Yasamalda aşkarlandı


Xırdalanda avtomobil qaçırılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, saytına istinadən xəbər verir ki, yanvarın 9-na keçən gecə Xırdalan şəhərinin ərazisindən şəhər sakini Ehtiram Nəcəfova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini Yunis İmanov saxlanılıb.

Avtomobil isə Yasamal rayonu ərazisində tapılıb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

MilliYol.Az
Xırdalanda oğurlanmış “VAZ-2106” Yasamalda aşkarlandı - Milliyol.az