Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib


Bu gün saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb

APA-nın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Milliyol.az