Xorvatiya baş nazirinin müavini Azərbaycana səfərə gələcək


"Xorvatiya Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir"

Bu barədə "Report"a Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bildirib.

Onun sözlərinə görə, Xorvatiyanın baş nazirinin müavini noyabrın 27-də Azərbaycana səfər edəcək.

"Səfərin məqsədi ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafı, ticarət və investisiyaların həcminin artırılmasıdır", - A.Plenkoviç deyib.

MilliYol.Az
Xorvatiya baş nazirinin müavini Azərbaycana səfərə gələcək - Milliyol.az