YAP-ın Qadınlar Şurası ləğv edildi

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası ləğv olunub.

MilliYol.Az-ın məlumatına görə, bu, Nizamnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, bu il martın 5-də YAP-ın VII Qurultayı keçirilib. Qurultayda Nizamnaməyə dəyişikliklər edilib.

YAP-ın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.

YAP-ın Qadınlar Şurası ləğv edildi - Milliyol.az